Ru
21:14 / 23 May 2019

Vladimir Zelenski Rusiya ilə danışıqlara getməyəcək

2955
Ukrayna
prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlara getməyəcək.

 
BakuPost.azxəbər verir ki, jurnalistlərin "Rusiya ilə danışıqlar olacaq” sualına Zelenski
"yox” cavabını verib.   Qeyd
edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki,
Vladimir Putin Ukrayna prezidenti postuna keçən Zelenskini təbrik etməyəcək:
"Prezident Putin Zelenskini Ukraynanın cənub-şərqindəki daxili münaqişənin
nizama salınması, həmçinin Rusiya-Ukrayna əlaqələrinin normallaşması işindəki
ilk uğurlarına görə təbrik edəcək”.   Hələ
prezidentliyə namizəd olduğu dövrdə Zelenski bəyan etmişdi ki, Putinlə
görüşəcəyi halda ondan Ukraynanın işğal edilən ərazilərinin qaytarılmasını və
işğala görə kompensasiya tələb edəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər