Ru
21:41 / 21 Aprel 2019

Vladimir Zelenski seçicilərə belə təşəkkür etdi

3412
 

Ukraynada prezident seçkilərində namizəd
Vladimir Zelenski milli "exit poll"un nəticələrinin elan edilməsindən
sonra seçicilərinə təşəkkür edib.

 

BakuPost.az "Report”a istinadən xəbər verir ki,
o, tərəfdarlarına dəstəyə görə minnətdarlığını bildirib. 

 

"Biz bunu birlikdə etdik. İndi heç
bir pafos olmayacaq, mən sadəcə təşəkkür demək istəyirəm. Dəstək üçün öz
valideynlərimə, güc və dözüm üçün xanımıma təşəkkür edirəm. Təşəkkürlər bütün
bizim komandamıza, bütün qərargaha, hər kəsə, ekspertlərə, hüquqşünaslara,
könüllülərə, müşahidəçilərə..! Hamıya təşəkkür", - deyə o, öz qərargahında
çıxış edərkən bildirib.

 

Zelenski həmçinin "Kvartal
95"-ə, eləcə də hüquq-mühafizə orqanlarına təşəkkür edib.

 
Qeyd edək ki, bu gün Ukraynada prezident
seçkilərinin ikinci turu keçirilib. Seçkilərdə hazırkı prezident Petro
Poroşenko və Vladimir Zelenski iştirak ediblər. Seçkilərdə keçirilmiş milli
"exit poll"un nəticələrinə görə, Vladimir Zelenski ikinci turda qalib
olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər