Ru
11:05 / 23 Sentyabr 2019

“Vurğun Əyyubun səhhəti sabit ağırdır” - Adil Qeybulla

3135
Azərbaycan Demokratiya və Rifah ADR Hərəkatı sədrinin 1-ci müavini Vurğun Əyyubun səhhəti həkim nəzarəti altında stabilləşib.


BakuPost.az xəbər verir ki, bu barədə ADRH-in rəhbərlərindən Ellada Məmmədli sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.


E.Məmmədli daha sonra yazır: "FB dostlarımdan, KİV nümayəndələrindən, Vurğun bəyi sevənlərdən xahiş edirəm, etik normalara riayət edin, ölüm haqqında yalan məlumatlar verməyin, ilk öncə araşdırma aparın, sonra qələminizə sarılın. Yalan məlumatları oxuyub qapılarına gələnlərə də sözüm var: bilirəm Vurğun Əyyubu xalq sevir, amma ailə üzvlərinin xanımlar olduğunu nəzərə alıb, gecə vaxtı qapılarını çalmayin. Bununla siz ailə üzvlərinə böyük narahatlıq yaradırsınız.


Dostlar, Vurğun bəyin hazırda dualarınıza ehtiyacı var, duanızı əsirgəməyin.


Tanrıdan Vurğun bəyə şəfa diləyirəm".


Vurğun Əyyubun yaxın qohumu, jurnalist Şahnaz Bəylərqızı da bənzər status yazıb: "Dostlar, Vurğun bəy xəstəliklə mübarizə aparır. Dəqiqləşməyən xəbəri yaymayın".


V.Əyyubun müalicə həkimi Adil Qeybullanın Musavat.com-a bildirdiyinə görə, xəstənin vəziyyəti sabit ağırdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər