Ru
12:50 / 16 Aprel 2021

"WhatsApp" istifadəçilərinə seçim - Ya qəbul et, ya da imtina

1378
Bir aydan sonra - 15 may 2021-ci ildə "WhatsApp" messenceri istifadəçilərini seçim qarşısında qoyacaq.

Bakupost.az Baku.ws-ə istinadla xəbər verir ki, istifadəçilər yeni xidmət qaydalarını qəbul etmək və ya onlardan imtina etmək məcburiyyətində qalacaqlar.

"WhatsApp" üçün yeni istifadə şərtləri ilə razılaşanlar əvvəlki kimi tətbiqdən istifadə edə biləcəklər. Yenilənmiş qaydaları qəbul etməyi rədd edən istifadəçilər funksiyalarda ciddi şəkildə məhdudiyyətlərlə qarşılaşacaqlar.

Smartfonlar üçün ani mesajlaşma mübadilə sistemi olan "WhatsApp" istifadəçilərinin hesablarının silinməyəcəyini bəyan edib. Lakin mesajları əvvəlki kimi oxumaq və göndərmək mümkün olmayacaq.

Mesajlaşma yalnız şəxs yenilənmiş şərtlərlə razılaşana qədər zənglər və bildirişlər almaq üçün işləyəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər