Ru
18:45 / 16 Sentyabr 2021

“WhatsApp” yeni funksiyasını istifadəyə verməyə hazırlaşır

2637
“WhatsApp” mağazaların və xidmətlərin tapılması funksiyasını test edir.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, bunu messencerin icraçı direktoru Uill Ketkart deyib.

“Yaxınlıqdakı müəssisələr” adı verilən funksiya “Android” smartfonlarının istifadəçiləri üçün əlçatandır. Hazırda testləşdirmə yalnız Braziliyanın San-Paulu şəhərini əhatə edir. Lakin yaxın gələcəkdə tətbiqdə mağazaların axtarışı dünyanın digər ölkələrində də mümkün olacaq.

Messenger əmin edir ki, yeni funksiya tam məxfiliyi nəzərdə tutur. Belə ki, tətbiq istifadəçilərin yerini və ya funksiya vasitəsilə baxdığı şirkətlər haqqında şəxsi məlumatları izləməyəcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər