Ru
13:50 / 11 Sentyabr 2019

Xaçmazda ağır qəza - Bir ailənin 5 üzvü yaralandı

5354

Bu gün günorta saatlarında Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində Qəhrəman Qasımovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə “QAZel” markalı yük avtomaşını toqquşub.


Qəzada xəsarət alan Siyəzən rayon sakinləri - 1963-cü il təvvəllüdlü Axundov Tofik Məmmədrza oğlu, 1988-ci il təvvəllüdlü Axundova Raziyyə Beybut qızı, 2014-cü il təvvəllüdlü Axundova Nuray Mahir qızı, 2017-cü il təvvəllüdlü Axundova Nilay Mahir qızı və Xaçmaz rayon Bostançı kənd sakini, 1999-cu il təvəllüdlü Beybutov Allahverdi Beybut oğlu Xaçmaz Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar bir ailənin üzvləridir.


Faktla bağlı araşdırma aparılır.

(apa)

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər