Ru
22:16 / 06 Dekabr 2019

Xaçmazdakı qəzada ölənlərin kimliyi bilindi

1647
Xazmazda yük maşını ilə minik maşınının toqquşması nəticəsində iki nəfər ölüb.

BakuPost-un məlumatına görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Çarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qoşqulu yük maşını ilə "Lada Priora" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü və sərnişini ölüb.

Ölənlər Hüseynov Fariz Balazahid oğlu və Xaçmaz rayon Çarxı kənd sakini Əliyev Rəşid Elşad oğludur.


Faktla bağlı araşdırmalar davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər