Ru
16:13 / 06 Noyabr 2019

Xaçmazın yeni icra başçısı niyə hoteldə qalır? - FOTOLAR

6450
Xaçmazın yeni təyin edilən İcra başçısı Elnur Rzayev Hoteldə gecələyir.

BakuPost konkret.az-a istinadla məlumat verir ki, Elnur Rzayev təyin olunduğu gündən indiyədək işdən sonra Xaçmaz şəhərinin Bakı prospektində yerləşən "ELİT” Hotelində qalır.

Qeyd edək ki, İcra başçıları üçün nəzərdə tutulan qonaq evi sabiq başçı Şəmsəddin Xanbabayev tərəfindən özəlləşdirilib. Sözügedən qonaq evi hazırda sabiq İcra başçısının şəxsi mülkiyyətindədir. Bu səbəbdən yeni təyin edilən icra başçısı Elnur Rzayev hoteldə gecələmək məcburiyyətində qalıb.

İcra başçısının qaldığı hotel bir o qədər komfortlu olmasa da, şəhər mərkəzinə yaxın olduğu üçün seçdiyi bildirilib.





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər