Ru
14:20 / 25 Aprel 2019

Xadimə Zülfiyyə Xanbabayevanın evindən elə şeylər oğurladı ki... - SİYAHI

3180
 

Nəsimi Rayon Məhkəməsində Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən xadimə Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 


Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Ə.Şirinova 2013-cü ildən 2018-ci ilədək Z.Xanbabayevanın Azadlıq prospektində yerləşən evində xadimə işləyib. 


Ə.Şirinova evdən müğənniyə məxsus 2000 manat məbləğində paltar, 600 manat məbləğində parfumeriya, 1520 manat məbləğində pul vəsaitini oğurlayıb. 


Sonra zərərçəkmiş müğənni Z.Xanbabayevanın məhkəməyə gəlmədiyi elan olunub. 


Buna görə də proses mayın 14-dək təxirə salınıb. (ona.az)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər