Ru
10:06 / 01 Noyabr 2019

Xalq artisti Böyük Teatrda çıxış edəcək

1461

Dekabrın 11-dən 15-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cakomo Puççininin “Manon Lesko” dördpərdəli operası oynanılacaq.


BakuPost teatrın saytına istinadla xəbər verir ki, dekabrın 11, 13 və 15-də səhnə əsərində kral qvardiyasının serjantı Leskonun partiyasını Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.


Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər