Ru
14:10 / 14 Sentyabr 2019

Xalq artisti konsert verəcək - Həyat yoldaşı ilə birlikdə

2939

Dünya operasının ulduzları, o cümlədən Azərbaycanın Xalq artisti Yusif Eyvazov və xanımı, Rusiyanın Xalq artisti Anna Netrebko Moskva Konservatoriyasında xeyriyyə konserti verəcəklər.


BakuPost.az AzərTac-a istinadən xəbər verir ki, xəbər verir ki, oktyabrın 21-də Moskva konservatoriyasında “Dmitri Xvorostoski və dostlarından uşaqlara” adlı konsert proqramı təqdim olunacaq. Konsertdən əldə olunacaq vəsait onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə sərf ediləcək.


Xatırladaq ki, Rusiyanın Xalq Artisti Dmitri Xvorostovski 2017-ci ildə beyin xərçəngindən vəfat edib. O, “Dmitri Xvorostovski və dostlarından uşaqlara” konsertini ilk dəfə 2014-cü ildə təşkil etmişdi. İndi məşhur müğənninin dostları onun xeyriyyə işini davam etdirirlər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər