Ru
10:23 / 07 Oktyabr 2019

Xalq artistinin son durumu - AÇIQLAMA

1545
Xalq artisti Ofeliya Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub.

Mərkəzdən BakuPost.az-a verilən məlumata görə, invaziv kardioloq Şahin Xəlilov tərəfindən O.Sənani üzərində koronar angioqrafiya müayinəsi aparılıb.

Müayinələr nəticəsində infarkt təsdiqlənməyib.

Mərkəzdən bildirilib ki, hazırda Xalq artistinin hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər