Ru
21:16 / 15 İyul 2019

Xan sarayındakı faciədə yaralanan qadın vəfat etdi - SON DƏQİQƏ

3630
 

Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

 

BakuPost xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Xatırladaq ki, T.Ağamalıyeva sağ baldır sümüyünün çox qəlpəli sınığı və travmatik şok diaqnozu ilə Şəki Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. 


Qeyd edək ki, Şəkidə Xan Sarayının həyətində çoxəsrlik Çinar ağacının budaqları güclü külək nəticəsində qırılıb turistlərin üstünə aşmışdı. Hadisə zamanı 19 nəfər xəsarət alıb. Yaralılardan 7 nəfəri xarici vətəndaşdır. 

 

 

Xan sarayındakı faciədə yaralanan qadın vəfat etdi -  SON DƏQİQƏ
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər