Ru
10:20 / 07 Noyabr 2019

Xarici ölkələrdə verilmiş elmi adlarla bağlı - Qərar

2960
Xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələrin forması” təsdiqlənib.

BakuPost xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qeyd olunub ki, sözügedən şəhadətnamələr Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən verilir.

Şəhadətnamə A4 ölçüdə mühafizə nişanlı kağızda çap olunur. Xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında şəhadətnamə açıq mavi, xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında şəhadətnamə isə açıq çəhrayı rənglidir.

Şəhadətnamənin yuxarı hissəsində Dövlət Gerbinin təsviri əks olunur.

Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” və “Xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə ŞƏHADƏTNAMƏ” sözləri yazılır.

Şəhadətnamənin seriyası 3 və nömrəsi, səhifənin aşağı kənarında isə möhür yeri və şəhadətnamənin verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır.

1 nömrəli əlavə ilə şəhadətnamənin nümunəsində göstərilən formada mətn yerləşdirilir.

Şəhadətnamələr üçün müvafiq olaraq “FDN” (fəlsəfə doktoru elmi dərəcəsi üzrə sənədlərin nostrifikasiyası) və ya “EDN” (elmlər doktoru elmi dərəcəsi üzrə sənədlərin nostrifikasiyası), “FDTA” (fəlsəfə doktoru elmi dərəcəsi üzrə sənədlərin təkrar attestasiyası) və ya “EDTA” (elmlər doktoru elmi dərəcəsi üzrə sənədlərin təkrar attestasiyası) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

Şəhadətnamə açıq mavi, xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamə isə açıq çəhrayı rənglidir.

Şəhadətnamənin yuxarı hissəsində Dövlət Gerbinin təsviri əks olunur. Dövlət Gerbinin altında “AZƏRBAYCAN RESPUBLİKASI” və “Xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə ŞƏHADƏTNAMƏ” sözləri yazılır.

Şəhadətnamənin seriyası və nömrəsi, səhifənin aşağı kənarında isə möhür yeri və şəhadətnamənin verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır.

2 nömrəli əlavədə göstərilib ki, şəhadətnamədə xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamənin nümunəsində göstərilən formada mətn yerləşdirilir.

Nömrələnmə xarici ölkələrdə verilmiş elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması barədə şəhadətnamələr üçün müvafiq olaraq “DSN” (dosent elmi adı üzrə sənədlərin nostrifikasiyası) və ya “PRN” (professor elmi adı üzrə sənədlərin nostrifikasiyası), “DSTA” (dosent elmi adı üzrə sənədlərin təkrar attestasiyası) və ya “PRTA” (professor elmi adı üzrə sənədlərin təkrar attestasiyası) seriyası və beş rəqəmdən ibarət olmaqla, Komissiya tərəfindən ardıcıl olaraq verilir.

Şəhadətnamələr xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilində tərcüməsi ilə birlikdə etibarlıdır.

Komissiya verdiyi müvafiq şəhadətnamələrin uçotunu aparır. Şəhadətnamə Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər