Ru
13:11 / 23 Fevral 2021

Taksi şirkətləri qazanır, ƏDV-ni müştəri ödəyir - Səbəb nədir? - VİDEO

2860
Ölkəmizdə fəaliyyət göstərən taksi şirkətləri heç bir xəbərdarlıq etmədən hesabımızdan pul çıxarışları edir. Əlavə məbləğ qəbzdə göstərilmədiyi üçün çoxumuz bu çıxarışdan xəbərsizik.

“Bakupost”un məlumatına görə, Azərbaycan Televiziyası bununla bağlı süjet hazırlayıb.

Videoda sakinlər bildirir ki, kart hesabından taksi sifariş etdikdən sonra göstərilən məbləğdən 60, 70, 80 qəpik, hətta 1 manat əlavə vəsait tutulur.

Ölkədə kifayət qədər yerli və xarici taksi şirkətləri fəaliyyət göstərir. Sürücünü müştəri ilə əlaqələndirən bu şirkətlər sonradan sürücüdən gediş haqqının 10-20 faizi dəyərində vasitəçilik haqqı alırlar. Baş ofisləri xarici ölkələrdə qurulan şirkətlər tərəfindən isə müştəridən elektron ödəniş zamanı gediş haqqından əlavə məbləğ tutulur. Səbəbi isə sadədir.

Bu barədə danışan iqtisadçı-ekspert Radil Fətullayev bildirib ki, xarici şirkətlərin xidmətindən istifadə edən zaman həmin o xidmət haqqını köçürmə yolu ilə etdikdə vətəndaşların ödədikləri məbləğdən avtomatik olaraq 18 faiz tutulacaqdır: “Bu da təxminən 3.50 azn-lik gedişə 62-63 qəpik pul edir”.

Belə çıxır ki, xarici taksi şirkətlərində ƏDV gediş haqqından əlavə icra edilir. Yəni şirkət qazanır, vergisini müştəri ödəyir. Maraqlı orasıdır ki, bu məbləğ qaimədə əksini tapmadığından müştəri ödədiyi ƏDV ilə yalnız mobil bank tətbiqində tanış olur.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər