Ru
12:32 / 21 May 2019

Xarici tələbələrə icazə vərəqələrinin verilməsi bu müddət ərzində mümkün olacaq

2037
Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün iczə vərəqəsinin verilməsi və müddətinin uzadılması 15 və 20 gün ərzində mümkün olacaq.


 

Bakupost-un  məlumatına görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.


Qüvvədə olan qanuna görə, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün iczə vərəqəsinin 1 illik verilməsi və müddətinin uzadılmasına görə 40 manat dövlət rüsumu alınır. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vərəqəsinin müddəti uzadıldıqda) üçün  isə 80 manat dövlət rüsumu alınır.


Təklifə əsasən, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün 15 gün ərzində 1 illik iczə vərəqəsi verildikdə və müddəti uzadıldıqda 60 manat, 2 illik üçün 120 manat manat dövlət rüsumu alınacaq. 20 gün ərzində 1 illik iczə vərəqəsi verildikdə və müddəti uzadıldıqda 40 manat, 2 illik üçün isə 80 manat manat dövlət rüsumu alınacaq.


Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər