Ru
18:34 / 17 May 2019

Xərçəngdən xilas üçün Səhiyyə Nazirliyinə 20 təklif – “Ağ çörək qadağan edilsin”

2593
Türkiyəli professor Canan Karatay sağlam cəmiyyətin qurulması üçün Səhiyyə Nazirliyinə 20 təklif təqdim edib.


Professor konservləşdirilmiş məhsullarının istifadəsinin xərçəng xəstəliklərinin sayını artırdığını vurğulayıb.

O, hesab edir ki, idman sağlamlığın əsas şərtidir.

C.Karatay trans yağların qadağan olunması təklifini də irəli sürüb. Professor bu yağların bədəndə sağlam hüceyrələrin sayını azaltdığını və mutasiyaya səbəb olaraq xərçəng xəstəliklərinə yol açdığını izah edib. 


 

BakuPost C.Karatayın Səhiyyə Nazirliyinə təqdim etdiyi təklifləri təqdim edir: 



•    Həzmi zəiflətdiyi və köklüyə səbəb olduğu üçün ağ çörəyin qadağan edilməsi;


•    İstehsal edilən unların tərkibinə kimyəvi maddələrin daxil edilməməsi;


•    Sənaye drojunun çörək zavodlarında bişirilən çörək xəmirinə qatılmaması;


•    Genetik modifikasiyası dəyişdirilən qidaların heyvan yemi kimi istifadəsinin qarşısının alınması;


•    Ənənəvi toxumların təşviqi artırılmalı və fermerlərə dəstək verilməsi;


•    Qarğıdalıdan şərbət əldə edilməsinin dayandırılması;


•    Qazlı və şəkərli suların inkişaf dövründəki uşaqlara spirtli içkilər kimi qadağan olunması;


•    Bitkilərə vurulan pestisidlərin azaldılması və ya tamamilə istifadə olunmaması;


•    Hamilə və azyaşlı uşaqlara şəkərin həddindən artıq istifadəsi barədə xəbərdarlıq edilməsi;


•    Qidalarda palma və trans yağlarının istifadəsinin qarşısının alınması;


•    Konservləşdirilmiş qidaların azaldılması;


•    Bal verən arılara əlavə qida verilməsi üçün pətəklərinin yanına şəkərin qoyulmasının qadağan edilməsi.


 
Xərçəngdən xilas üçün Səhiyyə Nazirliyinə 20 təklif –  “Ağ çörək qadağan edilsin”
Xərçəngdən xilas üçün Səhiyyə Nazirliyinə 20 təklif –  “Ağ çörək qadağan edilsin”
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər