Ru
09:08 / 05 Oktyabr 2019

Xəstələri daşıyan avtobus aşdı - Xəsarət alanlar var

1422

ABŞ-ın Ohayo ştatında baş verən yol qəzasında xəstələri daşıyan avtobus aşıb.

BakuPost TASS-a istinadən xəbər verir ki, bu barədə Yanğından Mühafizə İdarəsinin rəisi Maykl Ramm yerli telekanala açıqlamasında bildirib.Qəza cümə günü yerli vaxtla 10.30-da (Moskva vaxtı ilə 17.30) Toledo şəhərinə yaxın bir kənddə qeydə alınıb.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində avtobusun 11 sərnişini, habelə digər avtomobildə olan iki nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər