Ru
13:26 / 05 May 2019

Xətaidə bir gecədə 130 ağacı məhv etdilər – Nazirlik işə qarışdı /Açıqlama + VİDEO

4426
Paytaxtın Xətai rayonunda bir gecədə 130 ağac kəsilib.

Ağacları bina tikmək üçün kəsiblər. 

Sakinlərin sözlərinə görə, həmin ərazidəki yaşıllıq 35 il öncə salınıb. (Unikal.org)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BakuPost-a açıqlamasında bildirib ki, məsələ araşdırılır: "Nazirliyin əməkdaşları hazırda hadisə yerindədir. Məsələ tam şəkildə araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək”. 

 


BakuPost-un əldə etdiyi məlumata görə, ağaclar həmin ərazidən çıxarılaraq, başqa yerə köçürülüb. Ərazi özəl torpaqdır və sakinlər orada bağ salıblar. Bağı məhv edən isə iş adamıdır, orada bina tikmək üçün Xətai İcra Hakimiyyətindən sərəncam alıb. Həmin iş adamının məmurlardan birinin qohumu olduğu bildirilir.

 

Məsələ barədə geniş məlumat verməyə çalışcağıq. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər