Ru
15:10 / 28 Yanvar 2020

Xəzərdə balıqçı gəmisi batdı: 4 nəfər xilas edildi - FOTOLAR

2354
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər də­nizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­­birlərinin həyata keçirilməsi davam etdirilir.

DSX-dan BakuPost-a daxil olan məlumata görə, 25 yanvar tarixində saat 21:00 radələrində Xəzər dənizinin cənub istiqa­mətində Salyan reydində sahildən 3,5 mil (6 km) məsafədə olan "İdris” balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi, gəminin batma təhlükəsi ilə üzləşməsi və heyət üzvlərinin xilas edil­məsinə ehtiyacın olması ilə bağlı DSX Sahil Mühafizəsinin yaxın­lıqdakı sahil nəzarəti bölməsinə məlumat daxil olub.Sahil nəzarəti bölməsi tərəfindən dərhal operativ tədbirlər həyata ke­çirilərək xilasetmə üçün həmin istiqamətə kiçik həcmli üzmə vasitəsi göndərilib. Gəmidə dəliyin böyük olması səbəbindən daxil olan su­yun qarşısını almaq mümkün olmayıb və 4 balıqçı 22:15 radələrində xi­las edilib. Saat 23:00 radələrində gəminin batması müşahidə olunub.


Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluq­çuları tərəfindən xilas edilən şəxslərin Neftçala rayon sakinləri gəmi kapitanı 1958-ci il təvəllüdlü Talıbov Ələsgər Məmmədəli oğlu, mexanik 1963-cü il təvəllüdlü Mikayılov Əlimədət Ağasadiq oğlu, matros 1962-ci il təvəllüdlü Əhmədov Ələddin Tapdıq oğlu, matros 1982-ci il təvəllüdlü Novruzov Əsgər Məhərrəm oğlu olmaları müəyyən edilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər