Ru
13:13 / 18 Noyabr 2019

Xəzərdə neftçi itkin düşdü - Rəisin qardaşıdı

1849
Xəzər dənizində neftçi itkin düşüb.

BakuPost-un “Qafqazinfo”ya istinadən xəbərinə görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub.

Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İlqar Şərifov onların yox, “Azgerneft” MMC-nin işçidir: “İki gün öncə Abşeron NQÇİ-də itkin düşüb, müvafiq qurumlar tərəfindən onun axtarışları davam etdirilir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər