Xəzərdə partlayış: ÖLƏNLƏR VAR - VİDEO

544
Rusiyanın Mahaçqala limanında tankerdə partlayış baş verib.


BakuPost RİA "Novosti”yə istinadən bildirir ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb, 3 nəfər itkin düşüb.

Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, "İnterfaks” agentliyi isə  iki nəfərin öldüyünü xəbər verir.

İlkin məlumatlara görə, partlayış "VF Tanker 16” adlı tankerin maşın bölməsində meydana gəlib. 

"Rosmorreçflot”-un məlumatına görə,beş zərərçəkənin olduğu güman edilir, onlardan ikisi xəstəxanaya yerləşdirilib, üç nəfərin axtarışları davam etdirilir.


Hadisənin səbəbi araşdırılır. 
Ülviyyə Mirzəyeva
BakuPost

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər