Ru
22:41 / 14 Noyabr 2019

XİN-dən azərbaycanlı mühacirlərin Almaniyada saxlanılmasına reaksiya

1155
"Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərin saxtalaşdırılması və qeyri-qanuni miqrasiyada şübhəli bilinərək saxlanılması haqda məlumatımız var".

BakuPost xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

"Təəssüf edirik ki, özlərini “siyasi mühacir” kimi qələmə verən bu şəxslər yuxarıda qeyd olunan fəaliyyətdə şübhəli bilinərək saxlanılıblar. Azərbaycan və Almaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur və Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ də müvafiq şəkildə nəzərdən keçirilə bilər", - deyə XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycandakı müxalifət partiyalarının fəallarını saxlayıblar. Cinayət qrupunun 7 üzvü tutulub.

Yerli federal məhkəmələr cinayətkar dəstənin üzvləri barədə altı ay müddətinə həbs qətimkan tədbiri seçiblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər