Ru
10:59 / 22 Sentyabr 2020

XİN-in həbsdə olan idarə rəisindən məhkəməyə MÜRACİƏT

1240

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Vəsatətə Səbail rayon Məhkəməsinə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Faiq Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər