Ru
10:39 / 05 Avqust 2020

XİN Livana başsağlığı verdi

2002
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livana başsağlığı verib.

Bu barədə XİN-in “Twitter” səhifəsində bildirilib.

“Beyrut limanında baş verən dəhşətli partlayışla bağlı xəbər bizi çox kədərləndirdi. Qurbanların ailələrinə, habelə Livan xalqına başsağlığı veririk. Yaralananların tezliklə sağalmasını arzulayırıq”, - deyə qeyd olunub.

Xatırladaq ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər