Ru
13:26 / 25 Aprel 2019

Xırdalanda qadın məhəllədə sürü ilə xəstə küçə itləri saxlayır – SAKİNLƏR QORXU İÇİNDƏ - FOTOLAR

2700


Abşeron
rayonunun Xırdalan şəhərinin 26-cı məhəlləsində qadın küçədə it sürüsü
saxlayır.


Bu
barədə Bakupost.az-a məhəllə sakinləri məlumat verib. Sakinlər bildirib ki, məhəllədə
yaşayan orta yaşlı qadın küçə itlərini öz həyətində yox, elə küçədə saxlayır,
onları yemləyir. İtlər isə hamısı xəstəlik daşıyıcısıdır.



Sakinlər
bildirib ki, küçədə sürü ilə gəzən itlər mütəmadi olaraq bu qadının evinin ətrafında
gəzişir, məhəllədən keçən uşaq-böyük hər kəsə hücum edir. Hətta bir neçə
azyaşlı itlərin əlindən son anda xilas edilib.


Abşeron
rayon icra hakimiyyətindən Bakupost.az-a bildirilib ki,
onlar bu məsələdən məlumatlısa
olsalar da, heç bir tədbir görmək səlahiyyətində deyillər.




Sakinlər
onu da əminliklə bildirir ki, məhəllədə dolaşan küçə itlərinin heç birinə
vaksinasiya edilməyib və itlər müxtəlif xəstəliklərin daşıyıcısıdır:
"Bunu itlərə
baxdıqda dərhal bilmək olur. Onların əksəriyyəti yara-xoradır və tükləri
tökülüb. Hətta bəziləri o qədər xəstədir ki, yatdıqları yerdə ölürlər”.

Sakinlər
deyir ki, itləri sürü ilə məhəllədə saxlayan qadına bu barədə dəfələrlə irad
bildirsələr də, qadın onları tutdurmaqla hədələyir.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər