Ru
10:42 / 18 May 2021

Xırdalanda vaqon tipli tikili yandı - YENİLƏNİB

1152

Abşeronda baş verən yanğın söndürülüb.


Bu barədə Bakupost.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.


Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 32 m² olan dəmir konstruksiyadan ibarət vaqonun içərisinə yığılan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


***

Xırdalanda vaqon yanır.


Bakupost.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumata görə, nazirliyin"112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində vaqon tipli tikilidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

Əlavə məlumat veriləcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər