09:58 / 18 Noyabr 2021

Xızıda naməlum meyit tapıldı: yaxınları axtarılır

628
Xızı rayonu Yeni Yaşma kəndi ərazisində 40-45 yaşlarında naməlum kişi meyiti tapılıb.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Bakupost.az -a verilən məlumata görə,

aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 170 santimetr, nisbətən yumru sifət quruluşlu, seyrək saçlıdır. Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, bu şəxsi tanıyanlardan Xızı Rayon Polis Şöbəsinin 023-31-50-131 və 051-500-00-13 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər