Ru
13:12 / 07 May 2021

“Xocalı” klubu uşaqlara qadağan olunan içki içirtdi - "Qida rasionuna xüsusi önəm" - FOTOFAKT

3721
“Xocalı” Futbol Klubunun azyaşlı uşaqlardan ibarət komandası ilə bağlı paylaşımı etiraza səbəb olub.

Bakupost.az xəbər verir ki, klub rəsmi “Facebook” hesabında futbolçu uşaqların “Red Bull” enerji içkisi içdiyi yerdə fotosunu paylaşıb. Paylaşımda ““Xocalı” Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir!” başlıqlı qeyd yazıb.

Paylaşılan foto sosial şəbəkə istifadəçiləri tərəfindən qınaq obyektinə çevrilib. Rəylərdə uşaqlar üçün qadağan olunan bu içkini onlara içirdiyinə görə klub tənqid atəşinə tutulub.

Daha sonra “Xocalı” futbol klubu həmin postu səhifədən silib.

“Xocalı” Futbol Klubu Abşeron rayonu, Masazır qəsəbəsində fəaliyyət göstərir. Klub yalnız aşağı yaş qruplarından ibarət komandalarla təmsil olunur.

Qeyd edək ki, Azərbaycanda enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır. Sözügedən enerji içkisi digərləri kimi uşaqların ölümünə səbəb ola bilər. Bu fakt dünya mütəxəssisləri tərəfindən təsdiq olunub. Həmçinin bildirilir ki, enerji içkiləri siqaret qədər təhlükəli olduğu kimi, asılılıq da yaradır.



“Xocalı” klubu uşaqlara qadağan olunan içki içirtdi - "Qida rasionuna xüsusi önəm" -  FOTOFAKT
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər