Ru
20:21 / 18 Sentyabr 2021

Xristianlar yasda niyə içirlər? - "Şərab İsanın qanıdır"

4944
Dünyanın müxtəlif ölkələrində yas mərasimləri fərqli formatlarda keçirilir. Məsələn, Azərbaycanda yas mərasimlərində ehsan verilir, süfrədə halva, aş, dovğa və müxtəlif yeməklər olur. Xristian ölkələrində isə bunların tam əksinə süfrəyə ilk öncə araq və ya şərab gətirilir.

Xristian ölkələrində, məsələn, Rusiyada yas mərasimi zamanı niyə araq və ya şərab içirlər? Bu dinin tələbidir, yoxsa içmək üçün bəhanə axtarırlar?

Bakupost.az xəbər verir ki, Alban-udi xristian icması sədri, Robert Mobili Yenisabah.az-a xristianların bu adəti haqqında danışıb. O, yas zamanı şərab içməyin qədim adət olduğunu bildirib:

“Yaslarda içki içməyin qədim tarixi var. Xristianlıqla bağlı olan bir məqamdır. Xristianlıqda şərab İsa Peyğəmbərin qanı hesab olunur. Bu səbəbdən Şərab içmək bir ənənədir. Xristianlar yas zamanı süfrəyə 3 dəfə şərab gətirirlər. Yahudilərdə isə süfrəyə 4 dəfə şərab gətirilir. Ata, oğul, müqəddəs ruhun şərəfinə içirlər. Hətta hər bazar günü kilsəyə gəlib günahları yuyan insanlar deyirlər ki, çörək mənim bədənimdir, şərab isə qanımdır. Bu xristian qanununa uyğun ənənədir”.

Robert Mobili indiki dövrdə isə müəyyən yeniliklərin olduğunu qeyd edib:

“Hazırda bu adət-ənənə ilə bağlı müəyyən yeniliklər var. Şərab araqla əvəzlənib. Lakin arağın tarixi ərəblərlə bağlıdır. Xristianlar əvvəllər heç bilməyiblər ki, araq nədir. Hətta xristianlıqda olan bəzi cərəyanlar içkini rədd ediblər. Oturub yasda butulka ilə araq içmək isə artıq fürsətdən istifadə etməkdir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər