17:44 / 12 Oktyabr 2021

"Yaban Bulvar" restoranı Azərbaycanı beynəlxalq yarışda təmsil edəcək - FOTOLAR

2744

Bu gün "Yaban Bulvar" restoranında ilin sonunda keçiriləcək beynəlxalq kulinariya çemtionatında iştirak edəcək Azərbaycan Milli Kulinariya komandasının təqdimat mərasimi keçirilib.

Bakupost.az xəbər verir ki, təqdimatda restorator Rəşid Hüseynov "Yaban" restoranlar şəbəkəsi və digər restoran bizneslərinin inkişafındakı xidmətlərinə görə AMKM-in 30 illik yubiley medalı ilə təltif edilib.

Milli Kulinariya Mərkəzinin rəhbəri, Azərbaycanın baş kulinarı Tahir Əmiraslanov saytımıza açıqlamasında bildirib ki, qarşıdan gələn və xaricdə keçirilən beynəlxalq yarışlarda kulinariya komandasını "Yaban Bulvar" restoranı təmsil edəcək:

“Restoran 80% standartlara uyğun gəldiyi üçün kollektivə üzv qəbul edilib. Bu da o deməkdir ki, rahat şəkildə oturub yemək yeyə bilərsiniz. Bütün sanitar və texnoloji qaydalara əməl olunub. Yaxın günlərdə Türkiyədə 40 ölkə arasında böyük bir çempionat olacaq. Həmin çempionatda Azərbaycanı “Yaban Bulvar” restoranının komandası təmsil edəcək”.

R. Hüseynov isə əlavə edib ki, bu biznesə 2005-ci ildə təsadüf nəticəsində başlayıb:

“Azərbaycan Milli Kulinariya Assosiasiyası və şəxsən Tahir Əmiraslanovla tanışlıqdan, onun tövsiyələrinə, məsləhətlərinə qulaq asdıqdan sonra restoran biznesinə münasibətim köklü surətdə dəyişdi. Artıq restoran biznesinə gəlir əldə etmək məqsədilə yox, tam professional, yəni restoran biznesimizi dünya standartlarına uyğun təşkil etmək qərararına gəldim. Bu istiqamətdə Tahir müəllim və onun rəhbərlik etdiyi Milli Kulinariya Assosiasiyası hərtərəfli dəstək göstərib. İxtisaslı mütəxəssislərin əməkdaşlığa cəlb edilməsindən tutmuş, mövcud kadr potensialının təlimatlandırılması, onlara təlimlərin keçirilməsi və digər istiqamətlərdə Assosiasiya dəstəyini əsirgəmir.

Restoranlarımız eyni standarta uyğun olacaq. Yemək və içkilərdə artıq markalama prosesi gedir. Bütün işçilər vahid formaya keçəcək. Həmçinin, restoran sistemində olan digər standartlara riayət olunması istiqamətində işlərə başlamışıq. Düşünürəm ki, yaxın gələcəkdə bu öz bəhrəsini verəcək. Bunun nəticəsində həm xalqımız, həm də xaricdən gələn qonaqlarımız dünya standartlarına uyğun olan restoranlarda istirahət edə biləcəklər”.

Fəridə Söhrabqızı
Baku Post

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər