Ru
13:29 / 21 Sentyabr 2019

Yağış, sulu qar, qar - İstirahət günü hava

3911

Azərbaycanda bazar gününə gözlənilən hava proqnozu açıqlanıb.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuPost-a verilən məlumata görə, sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-21° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti təşkil edəcək.



Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.



Nisbi rütubət 75-85 % olacaq.



Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.



Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-11° isti təşkil edəcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər