Ru
15:37 / 06 May 2021

"Yalnız sərt və tam qapanma!" Mirşahin Ağayev

1658
“Real” televiziyasının direktoru Mirşahin Ağayev Operativ Qərargahı karantini sərtləşdirməyə çağırıb.

Bakupost.az -ın xəbərinə görə M.Ağayev qeyd edib ki, bayram günlərində tam qapanma tələb edir: “Bir vətəndaş kimi, az-çox tanınan bir jurnalist kimi, insan kimi! Novruz tətilinin fəsadlarını hələ hiss etməkdəyik.

Nə qədər bədbəxt dünyadan məhz bizim eksperimentlərimizə görə köçdü. Sərt qapanma! Yalnız sərt və tam qapanma! Bu bəlaya qalib gəlməyin yolu gerçək qapanmadan keçir!

Bütün “aç-burax!” tipli populizmləri, populistləri rədd edirəm! Türkiyə normal yay keçirmək üçün tam qapanmanı seçdi.

Bir millət, İki dövlət! deyirik! Bir millət, iki dövlət deyilik? Bu gün qapanmaqla sabahın normal şəraitini yaradaq! Vaksinasiyanı isə tam məcburi edək! Qurtar bu sosial şəbəkə şantajından, Dövlət! Öz işini gör!”
Şərhlər
  • Fuad

    Xahiş edirem bu mirini yığışdırun saytdan Sifətin görmək istemirik

  • Rufet

    Bu dəlidi ki qapanmaq isteyirsen get gir eve qapan milletle ne işin var Sabah ac qalanda gətirib pul verəsən camaata?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər