Ru
17:45 / 10 Avqust 2020

Yanacaqdoldurma məntəqəsində partlayış - 13 ölü

2508
Rusiyanın Volqoqrad şəhərində yanacaqdoldurma məntəqəsində qaz sisterni partlayaraq yanğına səbəb olub.

“TASS”ın verdiyi məlumata görə, bu barədə Volqoqrad regional administrasiyasının mətbuat xidməti məlumat yayıb. Yanğın nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

“13 yaralı var, daha bir nəfər həkimə müraciət edib”,- deyə administrasiyanın nümayəndəsi bildirib.

Fövqəladə hallar xidmətinin məlumatına görə, yanacaqdoldurma məntəqəsində yanğının söndürülməsi zamanı baş verən partlayış nəticəsində 4 yanğınsöndürən yaralanıb. FHN işçilərindən birinin bədənin 50%-i yanıb.

Yanğın tamamilə söndürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər