23:49 / 18 Oktyabr 2021

Yanğın zamanı Polad Həşimovun plakatını xilas edən şəxs danışdı - VİDEO

1955
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl səhər saatlarında “Metro City” ticarət mərkəzində yanğın olub.

Bakupost.az xəbər verir ki, yanğın zamanı ərazidə olan şəxslərdən biri mağazanın ön hissəsindəki Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun şəkli olan plakatın yanmasının qarşısını alıb.

Görüntülərinin yayılması ilə günün qəhrəmanına çevrilən şəxs İTV-yə danışıb:

“Yanandan sonra yaxınlaşdım. Əvvəl buranı duman basdı. Hamı qaçırdı, partlayış vardı. Gördüm, şəkil yanacaq, qaçdım onu çıxarmağa. Əvvəl gücüm çatmadı. Sonra elə bil Allah mənə güc verdi”.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər