Ru
10:48 / 18 Fevral 2020

Yanğında ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək? - RƏSMİ AÇIQLAMA

1177
Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzində (TM) baş verən yanğın nəticəsində zərər çəkən sahibkarlara kompensasiya ödəniləcək.

Bu barədə trend-ə açıqlamasında mərkəzin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib. Onun sözlərinə görə, sahibkarlara dəymiş ziyan tam ödəniləcək:


"Bu ilin yanvar ayından ticarət mərkəzindəki bütün mağazaların sığortalanmasına başlanıb. Artıq bazardakı əksər mağazalar sığortalanıb. Yəqin ki, yanğın baş verən ərazidəki mağazalar da sığortalıdır. Hazırda sığorta şirkəti hadisə yerindədir, dəymiş ziyan müəyyənləşdirilir. Sığorta ilə yanaşı, ticarət mərkəzinin rəhbərliyi tərəfindən də sahibkarlara kompensasiya ödəniləcək. Mağazaların icarə haqlarında və digər xərclərdə sahibkarlara yardım ediləcək".

Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib. Yanğın zamanı 22 mağaza içərisindəki mallarla birlikdə yanıb, 8 mağazaya isə ziyan dəyib
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər