“Vaxt gələcək, Rəsulzadəyə də heykəl qoyulacaq” – YAP-çı millət vəkili - VİDEO

1305
 
"Son dövrlər cənab prezident İlham Əliyevin əhaliylə görüşü, onların problemləri ilə şəxsən maraqlanması insanlarımızda ruh yüksəkliyini bir qədər də artırıb. Dövlət başçımızın mədəniyyət nümayəndələri ilə görüşü, orda  Zeynalabdin Tağıyevın heykəlinin qoyulması təklifinə dərhal müsbət reaksiya verilməsi şəxsən məni də sevindirdi”.

Bu sözləri BakuPost.az-a açıqlamasında millət vəkili, YAP funksioneri Aydın Mirzəzadə deyib. O, Tağıyevə heykəl qoyulmasına göstəriş verildikdən sonra Məmmədəmin Rəsulzadənin paytaxtda heykəlinin olmaması məsələsinin yenidən gündəmə gəlməsi ilə bağlı suala da cavab verib:  

"Məmməd Əmin Rəsulzadə Azərbaycan tarixində görkəmli yer tutmuş xadimlərdən biridir. Azərbaycançılığın, müstəqillik ideyalarının qorunub saxlanmasında xidməti olan insanlardan biridir”. 

A.Mirzəzadə deyib ki, zaman-zaman tarixdə xidmətləri olan insanların heykəlləri də qoyulur, adlarına təqaüdlər də verilir və s., Rəsulzadəyə heykəl qoyulmasının da zamanı gələcək: "Heç kəsin xidməti unudulmur. Mənə elə gəlir ki, Məmməd Əmin Rəsulzadəyə də Bakıda heykəl qoyulmasının da zamanı var”.



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər