Ru
10:02 / 05 Mart 2021

YAP-ın qurultayı başladı - YENİLƏNİB

2009

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı başlayıb.


“Bakupost” xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.


Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.


***


Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayı keçiriləcək.


"Bakupost"un məlumatına görə, qurultay saat 10:00-da öz işinə başlayacaq.


Prezident İlham Əliyev də onlayn formatda qurultayda iştirak edəcək və çıxış edəcək.

Qurultayda bir sıra mühüm dəyişikliklər ediləcəyi, həmçinin məşhur simaların da İdarə Heyətindən uzaqlaşdırılacağı gözlənilir.

Qeyd edək ki, dünən 5 partiya da YAP-a birləşəcəyi barədə qərar verib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər