Ru
08:35 / 11 Sentyabr 2019

Yaponiyada siyasi böhran - Hökumət tam tərkibdə istefaya göndərildi

3056
Yaponiya hökuməti çərşənbə günü səhər tam heyətdə istefaya gedib.

BakuPost xəbər verir ki, bu barədə "Kiodo" agentliyi bildirib.

Məlumata görə, Yaponiyanın baş naziri Sindzo Abe öz kabinetinin üzvlərindən istefaları haqqında ərizələri qəbul edib. Abenin hökuməti dəyişikliyinə səbəb iyulda parlamentin yuxarı palatasına seçkilərdə partiyanın qələbəsi və oktyabrda istehlak vergisinin 10 faizə qədər artımının nəzərdə tutulması olub.

Ötən ilin oktyabrında hökumətdə yerdəyişmələrin gedişatında bir çox nazirlər öz vəzifələrində saxlayıblar. Lakin indi əvvəlki vəzifələrdə yalnız iki nəfər qalacaq – hökumətin baş katibi Yosihide Suqa və maliyyə naziri Taro Aso.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər