Ru
15:18 / 24 Oktyabr 2019

Yaqub Eyyubov haradadır... – İşdən çıxarılıb? (FOTO)

25647
Bu gün İran Prezidenti Həsən Ruhaninin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində bir məqam diqqət çəkib.

BakuPost xəbər verir ki, ali qonağı Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov deyil, dünən Baş Nazirin müavini təyin edilmiş Şahin Mustafayev qarşılayıb.


Bu gün

Hansı ki, belə tədbirlərdə qonaqları həmişə Yaqub Eyyubov qarşılayırdı.
Bu gün isə bir neçə ölkənin dövlət başçılarının qarşılanma mərasiminin heç birində Yaqub Eyyubov görünməyib. Qonaqları Əli Əhmədov və Şahin Mustafayev qarşılayır.


28.03.2018

Yeri gəlmişkən, İlham Əliyevin başladığı kadr islahatları çərçivəsində vəzifədən azad ediləcək şəxslərin ehtimal olunan siyahısında həmişə Yaqub Eyyubovun adı yer alıb. Bununla bağlı hələlik heç bir sərəncam olmasa da, 74 yaşlı məmurun bu mərasimlərdə gözə dəyməməsi onunla bağlı qərarın artıq verildiyini deməyə əsas yaradır.

Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycana səfərə gəlib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər