Ru
21:25 / 19 Sentyabr 2021

Yas mərasiminə gedən şəxs bıçaqlandı

3730
Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Bakupost.az “Report" a istinadən xəbər verir ki, hadisə Karrar qəsəbəsində qeydə alınıb.

Belə ki, Masallıdan Kürdəmirə yas mərasiminə gələn 35 yaşlı Tomarov Rais Əzizağa oğlu mübahisə zəminində Kürdəmir rayonunun Xınıslı kənd sakini, 28 yaşlı Azaylı Bilal Ayadxan oğlu tərəfindən bıçaq xəsarəti alıb.

Yaralı ətrafdakı insanlar tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisəni törədən Bilal Ayazlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər