Ru
20:02 / 13 Avqust 2019

Yasamal və Nizami rayonlarında küçə ticarəti yığışıdırılıb - VİDEO

2593
Hər zamanın aktual problemi olan küçə ticarəti barədə dəfələrlə süjet təqdim etsək də görünür bəzi işbazlar bundan nəticə çıxarmır. BakuPost "Real TV"yə istinadən xəbər verir ki, elə bu da ərazi üzrə xidmət aparan asayiş keşikçilərinin onlara qarşı mübarizəsinin intensivliyini artırır. Əsasən əhalinin ən çox istifadə etdiyi metro stansiyalarının ətrafında fəaliyyət göstərən səyyar satıcılara qarşı aparılan reydlər zamanı onların bəzilərinə xəbərdarlıq edilərək ərazidən uzaqlaşdırırlır, bəziləri isə cərimələnir. Bu işbazlar ən çox da ətraf binalarda yaşayan yerli sakinlərinin rahatlığını əlindən alır və onların haqlı narazılıqlarına səbəb olur. Paytaxtın görkəminə xələl gətirən, səkilərdə hərəkət iştirakçılarına maneə yaradan, antisanitariyaya səbəb olan bu hallara qarşı profilaktik tədbirlər hüquq mühafizə orqanları tərəfindən mütəmadi olaraq aparılır. Paytaxtın Yasamal rayonundan sonra növbəti belə profilaktik tədbirlər Nizami rayonunda keçirilərək küçə ticarətinə son qoyulub. Polis tərəfindən metrostansiyaların giriş-çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçə boyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyət aradan qaldırılıb. Qara Qarayev metro stansiyasının aparılan müşahidə zamanı artıq ərazinin küçə ticarətçilərindən təmizləndiyi görünür. Ümid edirik ki, nüfuzu gündən-günə artan paytaxtımızın bundan sonra küçələrində eləcə məhəllə arası yerlərində küçə ticarətçilərinə rast gəlməyəcəyik.
Hər birimiz sağlamlığımızı qoruyaraq sanitar qaydalara əməl etməli və paytaxtın görkəminə xələl gətirən sosial neqativ hallara qarşı mübarizədə fəallıq nümayiş etdirməliyik.

 

 

 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər