Ru
16:50 / 25 İyun 2020

Yasamalda eyvandan mahnı oxuyub, polisə gül atan qız danışdı - VİDEO

11835
Dünəndən sosial şəbəkələrdə Yasamal rayonunda polisə dəstək üçün eyvanlardan mahnı oxuyan gənclərin görüntüsü müzakirələrə səbəb olub.

Ötən gün yayaılan görüntülərdə 10 gənc eyvanda Xalq artisti Zeynəb Xanlarovanın “Yaşa, Azərbaycan!” mahnısını oxuyub. İlk öncə onların bir binada yaşayan qonşular olduğu zənn edilib. Lakin sonradan
ifa edən gənclərin muğam müsabiqələrinin qalibləri və laureatları olduğu məlum olub.

Bu gün gənclərin kütləvi formada fotolarının yayılması da birmənalı qarşılanmayıb.
İdeyanın təşəbbüskarlarından biri, bir çox muğam festivallarının qalibi Gülzar Fərəcova qeyd edib ki, sözügedən görüntülər klip çəkilişindəndir: "Biz də qərarlaşdırdıq ki, Şəhidlər Xiyabanında onların məzarlarını ziyarət edək, daha sonra həmin ərazidə olan yaşayış binalarının birində polislərə dəstək üçün mahnı oxuyaq. Həmin binada rəfiqəm qaldığı üçün bizə çox kömək etdi.

Orada ifa edənlərin əksəriyyəti qarabağlıdır. Çətin günlərdə bizi qoruyanlardan biri də polis işçiləridir. Onlara bacardığımız kimi dəstək olmağa çalışdıq. Həm də bina sakinləri üçün qısa müddətlik də olsa həyatlarına əyləncə qatmaq istədik.
Gördüyümüz işi təhqir edənlər bizi və bizim kimi ifaçıları heç vaxt ruhdan sala bilməz. Çünki biz bu vətənə, bu xalqa xidmət edirik. Hazırladığımız klipi isə bizim üçün canını qurban verən ilk şəhidlərimiz olan polislərə ithaf etmişik. İnşallah vaxt gələcək biz “Yaşa, Azərbaycan!” mahnısını elə Qarabağda, sakinlərin eyvanlarına çıxaraq ifa edəcəyik”.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər