Yaşı 65-dən çox olanlara evdən çıxmamaq tövsiyə edilir

Bu gündən yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, son günlər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunur. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.