Ru
10:45 / 25 May 2019

“Yeddi gözəl” yaşayış kompleksində fəhlə faciəvi şəkildə öldü

1699

 

Tikinti aparılan ərazidə krandan qırılan tros fəhlənin üzərinə düşüb.


Bakupost "Report”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Məhəmmədi kəndi ərazisində qeydə alınıb.


Belə ki, "Yeddi gözəl” yaşayış kompleksində tikinti işləri aparılan zaman krandan qırılan tros orada çalışan 1989-cu il təvəllüdlü Taleh Tağıyevin üzərinə düşüb.


Nəticədə fəhlə aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər