20:40 / 10 Sentyabr 2021

Yelkənli qayıqların yarışı başladı - FOTO

653
Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə “SFA Federasiyası Kuboku 2021” yarışı başlayıb.

Bakupost.az xəbər verir ki, sentyabrın 10-da Azərbaycan Yelkənli İdman Federasiyasının təşkilatçılığı ilə “SFA Federasiyası Kuboku 2021” adlı yelkənli qayıqların yarışı başlayıb. Turnirin ilk günündə
açıq dənizə çıxan yelkənçilər "Optimist”, "Ilca-4.”, "Ilca-7”, "Open Windsurf” sinifləri üzrə yarışıblar. 32 yelkənçinin iştirak etdiyi yarışa Yelkənli İdman Federasiyasının idman meneceri Burcu Algon Giorgian başçılıq edib.

3 gün davam edəcək yarışlarda iştirakçı sayında məhdudiyyət olmayacaq. Qeyd edək ki, Kubokun mükafatlandırılma mərasimi sentyabr ayının 12-də keçiriləcək.


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər