Ru
12:19 / 04 İyun 2021

Yeni alınma sözlərin lüğəti çap olundu - FOTOLAR

4110
Azərbaycan Dövlət Tərcümə Mərkəzi professor Qulu Məhərrəmlinin “Yeni alınma sözlər lüğəti”ni nəşr edib. Kütləvi tirajla çap edilmiş və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş lüğətdə son 25–30 ildə ana dilimizin leksik fonduna daxil olmuş və müxtəlif sahələrdə, o cümlədən ictimai-siyasi, iqtisadi, sosial-mədəni, elmi-texniki, texnoloji və s. sahələrdə gedən proses və tendensiyaları əks etdirən iki mindən çox əcnəbi sözün izahı verilib. Vaxtilə dilimizin lüğət fondunda olan və yeni şəraitdə “hərəkətə” gələrək fərqli semantika ilə çıxış edən alınma leksik vahidlərin izahına da lüğətdə yer verilib.

Bakupost.az xəbər verir ki, müəllif lüğət üçün illüstrasiya materialı olan alınma sözləri, əsasən dövri mətbuatdan, televiziya və radio verilişlərindən, canlı danışıq və kütləvi çıxışlardan, bədii tərcümə kitabları və elmi-kütləvi nəşrlərdən, reklam və elanlardan, internet resursları, informativ bloqlar və s. mənbələrdən seçib.

Kitabın elmi redaktoru, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərov “Yeni alınma sözlər lüğəti”ni leksiqoqrafiya sahəsində ciddi addım və son illərdə bu qəbildən olan ən mükəmməl əsərlərdən biri kimi qiymətləndirib.



Xatırladırıq ki, professor Qulu Məhərrəmli jurnalistika ilə yanaşı, elmi fəaliyyətlə də məşğuldur. O, bir sıra monoqrafiya və dərsliklərlə yanaşı, “Kino, televiziya, radio terminləri” (2002), “Mediada işlənən alınma sözlər” (2008), R.İsmayılovla birgə hasilə gətirdiy “Məktəblinin alınma sözlər lüğəti” (2014), “Azərbaycan dilinin frazeologiya lüğəti” (2015), “Məsəllər, deyimlər. Etimoloji lüğət” (2019) kimi izahlı lüğətlərin müəllifidir.

Müəllif lüğət üçün illüstrasiya materialı olan alınma sözləri, əsasən dövri mətbuatdan, televiziya və radio verilişlərindən, canlı danışıq və kütləvi çıxışlardan, bədii tərcümə kitabları və elmi-kütləvi nəşrlərdən, reklam və elanlardan, internet resursları, informativ bloqlar və s. mənbələrdən seçib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər