Ru
10:57 / 16 Noyabr 2019

Yeni başçı birinci müavinini işdən azad etdi - FOTO

3665
Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov vəzifəsindən azad olunub.


BakuPost xəbər verir ki, bu barədə Trend-ə İcra Hakimiyyətindən məlumat verilib.


Məlumata görə, icra başçısının 1-ci müavini Rasim Novruzov öz xahişi ilə vəzifəsindən azad edilib. R.Novruzov səhhəti ilə bağlı ərizə yazıb və icra başçısına təqdim edib, vəzifəsindən azad olunmasını xahiş edib.

Qeyd edək ki, R.Novruzov həmçinin Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.

Hazırda onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Vahid Tağıyev 30.09.2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər