Ru
13:52 / 13 Aprel 2021

Yeni quş qripi aşkarlandı - Çində

1106
Çinin Liaonin vilayətində parkda yeni quş qripi (H5N6) ocağı aşkarlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilir ki, vilayətin Şenyan şəhərindəki meşə parkında H5N6 virusu daşıyıcısı olduğu təsdiqlənən 11 vəhşi ördək cəsədi tapılıb. Həmin ərazidə 300-ə yaxın vəhşi ördəyin yaşadığı güman olunur.

Səlahiyyətli qurumlar fövqəladə hazırlıq vəziyyəti elan ediblər. Əraziyə giriş bağlanıb, dezinfeksiya işləri aparılıb, ölü quşlar təhlükəsiz şəkildə məhv edilib, parkdakı digər quşlardan analiz üçün nümunələr götürülüb.

Qeyd edək ki, fevralın əvvəlində Pekindəki "İmperatorun Yay Sarayı" parkının ərazisində də bir neçə qu quşunda quş qripi aşkarlanmışdı, onlardan üçü ölmüşdü.

Quş qripi (avian influenza) müxtəlif növ quşların və heyvanların kəskin gedişli kontagioz xəstəliyidir. Xəstəliyin törədicisi əksər hallarda vəhşi quşlar vasitəsilə yayılır. Ev quşlarının yoluxması da xəstə vəhşi quşlarla yaranan birbaşa təmas, həmçinin onların ifrazatları ilə çirklənmiş ətraf mühitdən qaynaqlanır. Beynəlxalq tələblərə görə, quş qripinin yüksək və aşağı patogenli tipləri ilə yoluxma aşkar edildiyi halda bütün quşlar tələf edilməlidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər