Ru
11:54 / 26 Oktyabr 2019

Yeni təqaüd proqramı təsis edildi - Vurğun Əyyubun xatirəsinə - FOTO

6027
Azərbaycanda ilk dəfə test üsulu ilə tələbə qəbulu prosesinə rəhbərlik edən və ötən ay vəfat edən Vurğun Əyyub adına təqaüd proqramı təsis edilib.

Bakupost.az xəbər verir ki, təqaüd proqramının məqsədi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri, Azərbaycan təhsilinin inkişafına böyük töhfələri olan Vurğun Əyyubun adını yaşatmaqdır.

Bu məqsədlə təqaüd proqramına müraciətləri qiymətləndirmək üçün Təqaüd Komissiyası təşkil edilib. Komissiya müraciətləri qiymətləndirərək 10 ay müddətində təqaüdlər veriləcək. Hər təhsil ilində təqaüdçü sayı və məbləğində dəyişiklik olacaq.

Qeyd edək ki, təqaüd proqramı 2019-2020-ci il təhsil ilində başladılacaq.Təqaüd proqramına Azərbaycan və xaricdə təhsil alan Azərbaycan vətəndaşı tələbələr müraciət edə bilərlər.




Şərhlər
  • Eliyeva

    Ikinci ali tehsil alanlar ucunde kecerlidi?

  • Nurlana Ehmedova

    Teqaud muraciet formunu nece doldurmaq lazimdir?

  • Ahmadov

    Formu hardan ala bileriy

  • Leman Semedova

    Nece kece bilerem qeydiyyatdan?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər